Çində hasilatın azalması neft qiymətlərini artırıb

Çində hasilatın azalması neft qiymətlərini artırıb Çində bu il neft hasilatı 7% azalacaq, idxal isə 4,8% artacaq
Energetika
27 Fevral , 2017 17:47
Çində hasilatın azalması neft qiymətlərini artırıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Çində neft hasilatı illik müqayisədə 7,5% azalaraq 3,85 mln. barel/günə kimi geriləyib. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bu barədə Çin Milli Energetika İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Çin əsas neft istehlakçısı olmaqla yanaşı, həm də neft hasilatçısıdır. Ölkədə neft hasilatı 2009-cu ildən sonra ilk dəfə 2016-cı ildə azalma göstərib. Buna səbəb isə köhnə yataqlarda qazma işlərinin rentabelli olmaması səbəbindən dayandırılması olub.

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, Çinin neft hasilatı 2016-cı ildə gündəlik 335 min barel azalma göstərib. Agentlik həmçinin bu il 240 min barel/gün daha azalma olacağını proqnozlaşdırır. "Bloomberg" agentliyinin "Sanford C.Bernstein & Co." və "Nomura Holdings" investisiya banklarının analitiklərinin proqnozlarına əsasən hazırladığı hesabatda Çində neft hasilatının bu il 7% azalacağı ehtimal edilir. Bununla yanaşı, Çinin 2017-ci ildə neft idxalını 4,8% artıracağı qeyd olunur.

Xəbərin açıqlanması neftin qiymətinin yenidən 57 dollar/barel həddini aşmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi