Çində hasilatın artması xəbəri neftin ucuzlaşmasına səbəb olub

Çində hasilatın artması xəbəri neftin ucuzlaşmasına səbəb olub Çində enerji xammalı hasilatının artması haqqında xəbərlər fonunda dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.
Energetika
15 Noyabr , 2021 09:56
Çində hasilatın artması xəbəri neftin ucuzlaşmasına səbəb olub

Çində enerji xammalı hasilatının artması haqqında xəbərlər fonunda dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,82% ucuzlaşaraq, 1 bareli 81,5 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,79% aşağı düşərək, 1 bareli 79,06 ABŞ dolları təşkil edib.

Çinin Dövlət Statistika Bürosu yanvar-oktyabr ayları aralığında ölkədə neft hasilatının 166,19 milyon ton təşkil etdiyini açıqlayıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,5%, 2019-cu il ilə müqayisədə isə 4,2% çoxdur. Bundan başqa, məlumatda bildirilir ki, illik ifadədə təbii qaz hasilatı 9,4%, kömür hasilatı 4% artıb.

Son xəbərlər

Orphus sistemi