Çin "yanacaq buz" ehtiyatlarının həcmini açıqlayıb

Çin "yanacaq buz" ehtiyatlarının həcmini açıqlayıb Bu sahədə kəşfiyyat işləri sürətləndiriləcək
Energetika
5 İyun , 2017 20:09
Çin yanacaq buz ehtiyatlarının həcmini açıqlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ Çin ölkəsinin "yanacaq buz" kimi tanınan təbii qaz hidratı ehtiyatlarının 80 mlrd. ton neft (təqribən 584 mlrd. barel) ekvivalentində olduğunu açılayıb. 

"Report "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Çinin "Sinxua" agentliyi ölkənin Geologiya Xidmətinin direktor müavini Li Tsinfanın (Li Jinfa) sözləri əsasənda yayıb.

Geoloq həmçinin bildirib ki, hazırda Çin sutkada 8 350 kubmetr yüksək saflıqlı qaz hasil edir. 

Ümumiyyətlə, bu, 1,37 mln. kubmetr adi qaza bərabərdir. Tsinfanın sözlərinə görə, Çin "yanacaq buz" axtarışı sahəsində geoloji kəşfiyyat işlərini daha da sürətləndirəcək. Bununla yanaşı, bu sahədə innovasiya texnologiyalarının tətbiqinin inkişafını davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi