Çin və Rusiya energetika sahəsindəki əməkdaşlığı gücləndirəcək

Çin və Rusiya energetika sahəsindəki əməkdaşlığı gücləndirəcək Bakı. 29 noyabr. REPORT.AZ/ Çin Rusiya ilə birlikdə energetika sektorundakı ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırmağa hazırdır.
Energetika
29 Noyabr , 2018 10:49
Çin və Rusiya energetika sahəsindəki əməkdaşlığı gücləndirəcək
Flickr/ Mark Turner

Bakı. 29 noyabr. REPORT.AZ/ Çin Rusiya ilə birlikdə energetika sektorundakı ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırmağa hazırdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Tszinpin bildirib.

"Son illərdə tərəflər energetika sahəsində məhsuldar nəticələr əldə ediblər və bu, iki ölkənin sosial-iqtisadi inkişafına şərait yaradıb. Çin Rusiya tərəfi ilə birlikdə energetika sahəsindəki əməkdaşlığın yeni inkişaf səviyyəsinə çıxması üçün işləməyə hazırdır", - o, Çin-Rusiya Enerji Forumuna müraciətində deyib.

Birinci Çin-Rusiya Enerji Forumu bu gün Pekində işə başlayıb. Forumda Rusiya və Çindən, təqribən, 90 şirkətin rəhbərləri iştirak edir.

Xatırladaq ki, Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, ölkə oktyabrda ABŞ-dan neft və maye təbii qaz idxalını sıfıra endirib, əvəzində Rusiya neftinin tədarükünü maksimuma çatdırıb.

Son xəbərlər

Orphus sistemi