Çin və Qazaxıstan elektrik enerjisi saxlama sisteminin tətbiqi üzrə pilot layihə həyata keçirir

Çin və Qazaxıstan elektrik enerjisi saxlama sisteminin tətbiqi üzrə pilot layihə həyata keçirir Bu gün Pekində Qazaxıstanın vahid elektrik enerjisi sisteminə elektrik enerjisi saxlama sisteminin tətbiqi üzrə pilot layihənin həyata keçirilməsinə dair saziş imzalanıb.
Energetika
4 Dekabr , 2023 16:12
Çin və Qazaxıstan elektrik enerjisi saxlama sisteminin tətbiqi üzrə pilot layihə həyata keçirir

Bu gün Pekində Qazaxıstanın vahid elektrik enerjisi sisteminə elektrik enerjisi saxlama sisteminin tətbiqi üzrə pilot layihənin həyata keçirilməsinə dair saziş imzalanıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə KEGOC şirkətinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə KEGOC, “China Power International Development Limited”, “China Power International Holding Limited” və Qazaxıstanın Bərpa Olunan Enerji Assosiasiyası arasında imzalanıb.

“Pilot layihənin məqsədi bərpa olunan elektrik enerjisi mənbələrinin Qazaxıstanın vahid elektrik enerjisi sisteminə inteqrasiyası zamanı elektrik enerjisi saxlama sistemlərinin enerji sisteminin tənzimlənməsinə təsirini öyrənməkdir”, - məlumatda qeyd olunub.

Şirkətin məlumatında bildirilib ki, “China Power International Development Limited” KEGOC şirkətinin yarımstansiyasında gücü 5 MVt-a qədər olan elektrik enerjisi saxlama sistemi quraşdıracaq.

Son xəbərlər

Orphus sistemi