Çin ticarət müharibəsi başlayandan bəri ilk dəfə ABŞ-dan qaz tədarük edəcək

Çin ticarət müharibəsi başlayandan bəri ilk dəfə ABŞ-dan qaz tədarük edəcək “Foran Energy Group” ABŞ istehsalçısı “Cheniere Energy” ilə 2021-2025-ci illər aralığında 26 partiya tədarüklə bağlı çərçivə sazişi imzaladığını açıqlayıb
Energetika
9 Noyabr , 2020 12:31
Çin ticarət müharibəsi başlayandan bəri ilk dəfə ABŞ-dan qaz tədarük edəcək

Çin ABŞ ilə ticarət müharibəsi başlayandan bəri ilk dəfə amerikalı ixracatçıdan mayeləşdirilmiş təbii qaz (LNG) alınması ilə bağlı müqavilə imzalayıb.

Bu barədə “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Foran Energy Group” ABŞ istehsalçısı “Cheniere Energy” ilə 2021-2025-ci illər aralığında 26 partiya tədarüklə bağlı çərçivə sazişi imzaladığını açıqlayıb. Sazişin Şanxayda keçirilən illik ticarət konfransı zamanı bağlandığı vurğulanıb. Tədarük qiymətləri ABŞ-da “Henry Hub” etalonuna bağlı olacaq.

Agentlik qeyd edir ki, ABŞ-ın 2018-ci ildə Çin mallarına tətbiq etdiyi rüsumlara cavab olaraq Çinin də qarşı tərəfdən məhsul alışına əlavə rüsumlar tətbiq etməsindən sonra Çin şirkətləri ABŞ ixracatçıları ilə uzunmüddətli təchizat sazişləri bağlamağı dayandırmışdı.

2019-cu ilin mayından bu ilin martına qədər isə Çinə Amerika LNG-si tədarükü tamamilə dayanmışdı. O vaxtdan bəri Çin yanvarda ABŞ ilə imzaladığı ticarət müqaviləsinin ilk mərhələsi çərçivəsində öhdəliklərini yerinə yetirməyi planlaşdırdığı üçün idxalı yenidən başladıb.

Son xəbərlər

Orphus sistemi