Çin qaz idxalını 21 %-ə yaxın artırıb
Energetika
- 09 may, 2024
- 07:12
Çinin təbii qaz idxalı yanvar-aprel aylarında 20,7 %, neft idxalı isə 2 % artıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, bu dövrdə bu enerji ehtiyatlarının satınalma həcmi müvafiq olaraq 43 milyon ton və 182 milyon ton təşkil edib.
Dörd ay ərzində dəyər ifadəsində qaz idxalı 0,9 % azalaraq 21,38 milyard ABŞ dollarına çatıb. Çinə neft tədarükü pul ifadəsində 4 % artaraq 109 milyard ABŞ dollarına çatıb.
Apreldə Çinə qaz idxalı mart ayı ilə müqayisədə 3,8 % azalaraq 10,29 milyon tona, neft idxalı isə 8,8 % azalaraq 44,72 milyon tona düşüb. Bu enerji resurslarının tədarükünün dəyəri müvafiq olaraq 4,88 milyard ABŞ dollarına (-6,1 %) və 27,91 milyard ABŞ dollarına (-4,9 %) çatıb.
Son xəbərlər
12:38
İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur
Region12:36
Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Komanda12:36
ASA-nın icraçı direktorunun adından saxta "Telegram" kanalı yaradılıb
Maliyyə12:36
Rusiya Poltavaya dronlarla zərbə endirib, Opişnya icmasındakı bütün YDM-lər məhv edilib
Digər ölkələr12:35
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın vəziyyəti ağırdır - YENİLƏNİB
Hadisə12:32
Sabah yağış yağacaq, güclü külək əsəcək
Ekologiya12:26
Füzulidə avtoqəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə12:12
Sabah Astarada qaz olmayacaq
Energetika12:05