Çin bərpa olunan enerjiyə 361 mlrd. dollar investisiya qoyur

Çin bərpa olunan enerjiyə 361 mlrd. dollar investisiya qoyur 2020-ci ilə qədər günəş, hidro,külək və geotermal energetika inkişaf etdiriləcək
Energetika
5 Yanvar , 2017 19:57
Çin bərpa olunan enerjiyə 361 mlrd. dollar investisiya qoyur

Bakı. 5 yanvar. REPORT.AZ/ Çin 2020-ci ilə qədər bərpa olunan enerji mənbələrinə 2,5 trln. yuan (360,7 mlrd. ABŞ dolları) investisiya qoymağa hazırlaşır. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama Çinin Energetika işləri üzrə Dövlət İdarəsinin sədr müavini Li Yançje tərəfindən verilib.

Onun sözlərinə görə, 2016-2020-ci illəri əhatə edən 5 illik plana və ilkin hesablamalara əsasən, bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi 2,5 trln. yuana çatacaq.

Plana əsasən, kömür istehlakı azaldılacaq, yeraltı olmayan enerji resurslarının istehlak payı artırılacaq: "13-cü 5 illik dövrdə təmiz və aşağı karbohidrat mənbələri əsas enerji resurslarına çevriləcək."

Həmçinin Çin höküməti 2020-ci ilə qədər günəş enerjisi istehlakını artırmağı, hidroenergetika, külək energetikası, geotermal energetikanı inkişaf etdirmək niyyətini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi