Çin bərpa olunan enerji mənbələri ilə bağlı hədəflərini açıqlayıb

Çin bərpa olunan enerji mənbələri ilə bağlı hədəflərini açıqlayıb Bu, rekord həddir
Energetika
20 Aprel , 2021 16:03
Çin bərpa olunan enerji mənbələri ilə bağlı hədəflərini açıqlayıb

Çin hökuməti günəş və külək enerjisinin ümumi istehlakdakı payını bu ilin sonuna qədər 9,7 %-dən 11 %-ə, 2025-ci ilə qədər isə 25 %-ə çatdırmağı planlaşdırır.

“Report” “Business Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Energi Administrasiyasının (NEA) dərc etdiyi planda bildirilir.

2020-ci ildə Çində bərpa olunan enerji mənbələri hesabına istehsal 2019-cu ilə nisbətən 2 dəfə artıb. O cümlədən külək enerjisi istehsalı 71,67 Gvt artaraq və yaxud 34,2 % artaraq 281,5 Gvt-a, günəş enerjisi isə 48,2 Gvt və yaxud 23,5 % artaraq 253,4 Gvt-a çatıb. Beləliklə, ümumi göstərici təxminən 535 Gvt olub. Prezident Si Cinpinq 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına istehsalın 1 200 Gvt-yə çatdırılacağını bildirib.

Ötən il ölkədə bərpa olunan enerji mənbələrinə sərmayələr isə 11 milyard ABŞ dollarına çatdırılıb ki, bu da rekord həddir.

Son xəbərlər

Orphus sistemi