"Çilov" yatağında yeni quyu qazılır

"Çilov" yatağında yeni quyu qazılır Quyudan sutkada 5 ton neft hasil ediləcək
Energetika
2 Dekabr , 2015 12:36
Çilov yatağında yeni quyu qazılır

Bakı. 2 dekabr. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 115 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1 500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi