“Çilov” yatağında yeni quyu qazılır

“Çilov” yatağında yeni quyu qazılır Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək
Energetika
22 Sentyabr , 2016 11:45
“Çilov” yatağında yeni quyu qazılır

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 116 nömrəli quyuda qazma işlərinə başlanılıb. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. İstismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi