"Çilov" yatağında yeni quyu qazılır

"Çilov" yatağında yeni quyu qazılır Quyudan sutkada 5 ton neft hasil ediləcək
Energetika
27 May , 2016 12:53
Çilov yatağında yeni quyu qazılır

Bakı. 27 may. REPORT.AZ/ “Çilov” yatağındakı 112 saylı özüldən 118 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, layihə dərinliyi 1 450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. 

Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi