Yuxarı
    Bağlamaq

    ​"Çilov" yatağında yeni quyu istismara verilib

    Quyu sutkada 50 ton neft hasilatı ilə istismara qəbul edilib

    Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti tərəfindən “Çilov” yatağındakı 112 nömrəli özüldə qazılmış 113 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib. 

    Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, Qala-3 Lay Dəstəsinin 1 243 - 1 237 metr intervalına perforasiya olunub.

    Quyu sutkada 50 ton neft, 4 000 kubmetr qaz hasilatı ilə istismara qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi