“Chevron”un 2020-ci ildəki maliyyə itkisi 2019-cu ildəki mənfəətdən çoxdur

“Chevron”un 2020-ci ildəki maliyyə itkisi 2019-cu ildəki mənfəətdən çoxdur ABŞ-ın üçüncü ən böyük neft-qaz şirkəti “Chevron Corporation” 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.
Energetika
6 İyul , 2021 15:12
“Chevron”un 2020-ci ildəki maliyyə itkisi 2019-cu ildəki mənfəətdən çoxdur

ABŞ-ın üçüncü ən böyük neft-qaz şirkəti “Chevron Corporation” 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.

"Report"un şirkətin mediaya təqdim etdiyi hesabata əsasən verdiyi məlumata görə, şirkət ötən il 5,5 milyard dollar maliyyə itkisi ilə üzləşib.

Bildirilib ki, “Chevron”un 2020-ci ildəki xalis zərəri 2019-cu ildəki 2,9 milyard dollarlıq mənfəətini iki dəfəyə qədər üstələyir. Eləcə də, şirkətin 2019-cu ildə əldə etdiyi gəlir 2018-ci ildəki mənfəətindən 5,1 dəfə az olub.

Neft-qaz sektorunu analiz edən mütəxəssislərin fikrincə, bu, şirkətin 2016-cı ildə yaşadığı böhrandan bəri ilk ağır maliyyə itkisidir.

Eyni zamanda əlavə edilib ki, “Chevron”un ABŞ-dakı əsas rəqibi “Exxon Mobil” 2020-ci ili daha böyük həcmdə zərərlə başa vurub.

Xatırladaq ki, COVID-19 pandemiyasının sektora vurduğu ağır zərbədən sonra iki şirkətin birləşməsi məsələsi gündəmə gəlmiş, bu məqsədlə “Chevron” və “Exxon Mobil”in icraçı direktorları arasında görüşün baş tutduğu bildirilmişdi.

Qeyd edək ki, bu addımın hər iki şirkətin maliyyə yükünü azaltmaq üçün atıla biləcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi