“Chevron” işçilərini ixtisar edəcək

“Chevron” işçilərini ixtisar edəcək ABŞ-ın ikinci ən böyük neft hasilatçısı “Chevron” korporasiyası dünya üzrə işçi qüvvəsinin 10-15%-ni ixtisar etməyi planlaşdırır.
Energetika
28 May , 2020 12:47
“Chevron” işçilərini ixtisar edəcək

ABŞ-ın ikinci ən böyük neft hasilatçısı “Chevron” korporasiyası dünya üzrə işçi qüvvəsinin 10-15%-ni ixtisar etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə “Chevron”un sözçüsü Veronika Flores-Paniagua məlumat verib.

Onun sözlərinə görə, şirkətin 45 min nəfər işçisi var və bazar şərtlərindən asılı olaraq, 4 500 - 6 750 nəfər işçinin ixtisarı nəzərdə tutulub. Şirkət rəsmisi ixtisarların əksər hissəsinin bu il baş tutacağını və sayın regionlar və biznes fəaliyyətləri üzrə müxtəlif olacağını bildirib: “Bu, çətin qərardır və bu qərarı asanlıqla qəbul etməmişik”.

Qeyd edək ki, şirkət neftin qiymətinin azalması və koronavirus pandemiyası səbəbindən tələbatın aşağı düşməsi səbəbindən bu il üzrə xərclərini 30% azaldacağını elan etmişdi.

“Chevron” bu ay ABŞ-da şist neft hasilatını gündəlik 125 min barel azaldacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi