“Chevron” gələn il xərclərini azaltmaq niyyətindədir

“Chevron” gələn il xərclərini azaltmaq niyyətindədir Gələn ilin xərcləri 2015-ci ilə nisbətən 42% az olacaq
Energetika
8 Dekabr , 2016 15:28
“Chevron” gələn il xərclərini azaltmaq niyyətindədir

Bakı. 8 dekabr. REPORT.AZ/ “Chevron” (ABŞ) neft şirkəti 2017-ci il üzrə xərclərini kəskin azaltmaq niyyətindədir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, gələn il şirkətin əsaslı xərcləri 19 mlrd. dollar nəzərdə tutulub. Gələn ilin xərclərinin 2015-ci illə müqayisədə 42%, bu il üçün nəzərdə tutulan xərclərdən isə 15% az olması gözlənilir. Ötən il şirkətin büdcəsi 35 mlrd. dollar olub. Bu il isə 26,6 mlrd. dollar nəzərdə tutulub.

“Chevron”un gələn il üçün nəzərdə tutulan xərclərinin 17,3 mlrd. dolları hasilat və kəşfiyyat işlərinə, 2,2 mlrd. dolları isə nəqletmə, emal və satışa yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi