Səfir: "Çexiyadakı avtomobillərin üçdə biri Xəzər neftindən hazırlanmış yanacaqla işləyir"

Səfir: "Çexiyadakı avtomobillərin üçdə biri Xəzər neftindən hazırlanmış yanacaqla işləyir" Azərbaycandan Çex Respublikasına ildə iki milyon tondan artıq neft göndərilir
Energetika
13 Fevral , 2019 17:43
Səfir: Çexiyadakı avtomobillərin üçdə biri Xəzər neftindən hazırlanmış yanacaqla işləyir
Report/Elchin Murad

Bakı. 13 fevral. REPORT.AZ/ "Ötən il Çexiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığı gücləndirmək, yeni layihələr axtarıb tapmaq baxımından əlamətdar olub".

“Report” xəbər verir ki, bunu Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan iqtisadiyyatının bütün göstəriciləri son bir neçə il ərzində neft qiymətlərinin azalmasından meydana çıxan çətinliklərin müvəffəqiyyətlə dəf olunduğunu, aparılan islahatların xeyli dərəcədə özünü doğrultduğunu, artıq indidən ölkənin gələcəyə inamla baxdığını deməyə əsas verir. Bu uğurlarda Çex Respublikası ilə genişlənən tərəfdaşlıq əlaqələrinin də müəyyən payı var”, - deyə o qeyd edib.

Səfir vurğulayıb ki, 2018-ci ilin məlumatlarına görə, Çex Respublikası Azərbaycanın beşinci ən iri ticarət tərəfdaşı, doqquzuncu ən iri xarici sərmayədarıdır: "Səngəçal terminalından Çex Respublikasının Kralupı Nad Vltavou şəhərinə hər il iki milyon tondan artıq neft nəql edilir. Çex maşınlarının üçdə birinin Xəzər neftindən hazırlanmış yanacaqla işlədiyini rahatlıqla söyləyə bilərik”.

Son xəbərlər

Orphus sistemi