Çexiya səfiri: “Dayanıqlı inkişafa praktiki yanaşmalar tapılmalıdır”

Çexiya səfiri: “Dayanıqlı inkişafa praktiki yanaşmalar tapılmalıdır” ​​​​​​​İnnovativ ideyalar şəkilləndirməli və dayanıqlı inkişafa praktiki yanaşmalar tapılmalıdır.
Energetika
7 aprel 2025 12:40
Çexiya səfiri: “Dayanıqlı inkişafa praktiki yanaşmalar tapılmalıdır”
Milan Sedlaçek

İnnovativ ideyalar şəkilləndirilməli və dayanıqlı inkişafa praktiki yanaşmalar tapılmalıdır.

“Report” xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, dayanıqlı inkişaf üçün praktiki yanaşmalar tapmaq mühüm əhəmiyyət kəsb edir: “Bizim rolumuz innovativ ideyaları şəkilləndirmək və dayanıqlı inkişafa praktiki yanaşmalar tapmaqdır. Biz hərəkət etmədən ciddi mənfi nəticələrlə üzləşmək riski ilə qarşılaşırıq. Bu tədbir bu mövzunun daha dərindən anlaşılmasına və yaradıcı həllərin stimullaşdırılmasına yönəlib. Ümid edirəm ki, buradan ilhamlanmış və tarazlaşdırılmış addımlar atmağa motivasiya olunmuş şəkildə ayrılacağıq".

Orphus sistemi