Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 51 % artıb

Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 51 % artıb Birinci rübdə CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 mln kubmetr olub
Energetika
29 Aprel , 2021 15:06
Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü 51 % artıb

Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 13 mln ABŞ dollardan artıq əməliyyat xərcləri sərf edilib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2020-ci ilin birinci rübünün nəticələri ilə müqayisədə 1 mln ABŞ dolları və ya 8,3 % çoxdur.

Bu ilin birinci rübündə boru kəmərinin əsaslı xərcləri 2 mln ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə eynidir.

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 mln kubmetr olub ki, bu da 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 17,14 mln kubmetr və ya 51 % çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (28,8 %), "AzSCP" (10 %), "SGC Midstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NİCO (10 %) və TPAO (19 %) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi