Cənubi Qafqaz Boru Kəməri layihəsinin kommersiya operatorluğu SOCAR-a təhvil verilib - FOTO

Cənubi Qafqaz Boru Kəməri layihəsinin kommersiya operatorluğu SOCAR-a təhvil verilib - FOTO SOCAR prezidenti Rövnəq Abdullayev: "Bu, Dövlət Neft Şirkətinə olan inamın nəticəsidir"
Energetika
1 May , 2015 12:05
Cənubi Qafqaz Boru Kəməri layihəsinin kommersiya operatorluğu SOCAR-a təhvil verilib - FOTO

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Norveçin "Statoil" şirkətinin Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) layihəsinin kommersiya operatorluğunun SOCAR-a təhvil verilməsi ilə bağlı tədbir keçirilib. 

"Report"un verdiyi xəbərə görə, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, bu, Dövlət Neft Şirkətinə olan inamın nəticəsidir: "Statoil" Azərbaycandan getmir. Biz "Statoil" ilə əməkdaşlıqdan məmnunuq və "Statoil" şirkəti "Azəri-Çıraq-Günəşli"də bizim əsas tərəfdaşlarımızdandır".

Tədbirdə çıxış edən "Statoil-Azerbaijan" şirkətinin prezidenti Tangi Kosmao (Tanguy Cosmao) isə öz növbəsində SOCAR-la əməkdaşlıqdan məmnun olduğunu deyib: "Biz SOCAR-la işləməkdən məmnunuq. "Statoil" olaraq bizim məqsədimiz tərəfdaşlarımızın etibar və inamını qazanmaqdır. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlərini davam etdirəcəyik".

"Şahdəniz-2" layihəsinin müqaviləsində kommersaiya operatorluğu 2016-cı ildən sonra SOCAR-a keçməlidir. Cənubi Qafqaz Boru Kəməri tikilib başa çatdırılandan sonra texniki operatorluq da BP tərəfindən SOCAR-a verilməldir. Bu gün "Statoil" öz payını satdığı üçün biz 2016-ci il deyil, artıq 2015-ci ildən operatorluğu götürdük. Artıq bizim komandanın 3-4 ay ərzində hazırlaşıb bu işləri təhvil alması prosesi gedib, uğurla başa çatıb və bu gün bütün kommersiya operatorluğunu öz üzərimizə götürdük. Bu da bizə olan dəstəkdir, bütün tərəfdaşlar 100% səslə SOCAR-a keçməsinin tərəfdarı olub, inamlarını bildiriblər. Bununla da beynəlxalq bir layihənin operatoru olmaq imkanı qazandıq", - deyə R.Abdullayev qeyd edib.

Sonda tərəflər arasında müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi