Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 42% artıb

Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 42% artıb
Energetika
20 May , 2019 10:08
Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 42% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 881,2 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,8% artım müşahidə olunub.

Qazın nəqlinin 34,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 3 397,8 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 42% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.