Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 39% artıb

Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 39% artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləriilə 11 964,7 mln. kubmetr qaz nəql edilib.
Energetika
20 İyun , 2019 12:13
Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqli 39% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləriilə 11 964,7 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,9% artım müşahidə olunub.

Qazın nəqlinin 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlər 4 207,8 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 38,8% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Son xəbərlər

Orphus sistemi