Cənubi Qafqaz boru kəməri ilə 663 mln. kubmetr qaz nəql olunub

Cənubi Qafqaz boru kəməri ilə 663 mln. kubmetr qaz nəql olunub Yanvarda magistral qaz kəmərləri ilə 2,1 mlrd. kubmetr qaz ötürülüb
Energetika
20 Fevral , 2016 11:33
Cənubi Qafqaz boru kəməri ilə 663 mln. kubmetr qaz nəql olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında magistral qaz kəmərləri ilə 2,1 mlrd. kubmetr qaz nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qaz kəmərləri ilə nəqldə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9% azalma müşahidə olunub.

Qazın nəqlinin 31,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Yanvarda bu kəmərlə 662,7 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Boru kəmərin ümumi uzunluğu 691 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstandadır. Kəmərin diametri isə 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində (Ərzurumadək) isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan-Türkiyə sərhədindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi