Cənubi Koreya İrandan neft idxalını dayandırıb

Cənubi Koreya İrandan neft idxalını dayandırıb Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib.
Energetika
10 Sentyabr , 2018 16:06
Cənubi Koreya İrandan neft idxalını dayandırıb
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iyulda Cənubi Koreyanın İrandan sutkalıq neft idxalının həcmi 194 min barel təşkil edib ki, bu da ölkəyə Hindistan və Çinlə birlikdə ilk 3-lüyə daxil olmağa imkan verib.

Qeyd edək ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı növbəti sanksiyaları qüvvəyə minəcək. Sanksiyalar İrandan neft idxalının məhdudlaşdırılmasını da ehtiva edir.

“ABŞ-la yaxşı münasibətlər Cənubi Koreya üçün prioritetdir. Ölkənin milli təhlükəsizliyi ABŞ-la hərbi alyansdan asılıdır. Odur ki, İrandan neft idxalı dayandırılıb”, - deyə Cənubi Koreyanın Energetika İqtisadiyyatı İnstitutunun əməkdaşı Kim Cekunq bildirib. 

Son xəbərlər

Orphus sistemi