​Cənub Qaz Dəhlizinin ümumi investisiya xərci 50 mlrd. dollardır

​Cənub Qaz Dəhlizinin ümumi investisiya xərci 50 mlrd. dollardır Ümumi xərcin 12 mlrd. dollarını Azərbaycan tərəfi ödəyəcək
Energetika
8 İyul , 2015 15:44
​Cənub Qaz Dəhlizinin ümumi investisiya xərci 50 mlrd. dollardır

Bakı. 8 iyul. REPORT.AZ/ Cənub Qaz Dəhlizinin ümumi investisiya xərci 50 mlrd. dollardır və bu tam investisiya layihəsidir. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov ümumi xərclərin 12 mlrd. dollarlıq hissəsini Azərbaycan tərəfinin ödəyəcəyini açıqlayıb.

"Cənub Qaz Dəhlizi layihəsinin 12 mlrd. dollarlıq hissəsini biz ödəyəcəyik. Amma həmin maliyyənin konkret hansı işlərə xərclənəcəyi hər il üçün yenidən müəyyən edilir. Məsələn, ötən il avadanlıqların alınmasına daha çox xərc çəkmişdiksə, bu il həmin xərclərimiz çox azalıb", - deyə ARDNF rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi