​Cənub Qaz Dəhlizinin icrası üçün İtaliya və Yunanıstanda bəzi məsələlər həll olunmalıdır

​Cənub Qaz Dəhlizinin icrası üçün İtaliya və Yunanıstanda bəzi məsələlər həll olunmalıdır Maykl Hilmer: "Bunlar yaxın beş il ərzində ən böyük çətinliklər arasındadır"
Energetika
29 Sentyabr , 2015 11:08
​Cənub Qaz Dəhlizinin icrası üçün İtaliya və Yunanıstanda bəzi məsələlər həll olunmalıdır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi ilə bağlı qərar hazırkı dövrdə bəlkə də qəbul olunmazdı. Avropaya nəql üçün Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi, 2013-cü ildə "Şahdəniz" Mərhələ II layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi zamanında verilmiş qərar olub. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Azərbaycan və Xəzər dənizi Neft-Qaz Həftəsində Almaniyanın "E.ON" şirkətinin təchizat üzrə vitse-prezidenti Maykl Hilmer bildirib.

M.Hilmer qeyd edib ki, bu qərarın verilməsi Azərbaycan qazının Avropaya nəqli üzrə işləri sürətləndirib: "Hazırkı gedişat doğru istiqamətdə irəliləyir". Bununla belə, o qeyd edib ki, hazırda dünya enerji bazarında müşahidə edilən aşağı qiymətlər uzun müddət davam edərsə, layihədəki böyük şirkətlər maliyyə təzyiqləri ilə üzləşəcək.

"Düzdür, bu, layihənin reallaşmasına təsir etməyəcək. Bundan başqa, Cənub Qaz Dəhlizinin tərəfdaş ölkələrindən bəzilərində qiymət dəyişikliyi, siyasi dəyişiklik var. Bu baxımdan İtaliya və Yunanıstanı qeyd etmək olar. Bu ölkələrdə bəzi məsələlər həll olunmalıdır. Bunlar yaxın beş il ərzində ən böyük çətinliklər arasındadır", - deyə M.Hilmer vurğulayıb.

Son xəbərlər

Orphus sistemi