“Cənub Qaz Dəhlizi” QSC-nin gəlirləri artıb

“Cənub Qaz Dəhlizi” QSC-nin gəlirləri artıb “Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə&12, 655 mlrd ABŞ dolları təşkil edib.
Energetika
221
2 İyul , 2020 17:01
“Cənub Qaz Dəhlizi” QSC-nin gəlirləri artıb

“Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 12, 655 mlrd ABŞ dolları təşkil edib.

“Report” bu barədə şirkətin 2019-cu ilin auditi aparılmış, konsolidasiya edilmiş maliyyə hesabatına əsasən xəbər verir.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,78% azdır.

2019-cu ildə CQD-nin uzunmüddətli aktivləri 2,46% artaraq 12,327 mlrd ABŞ dolları, cari aktivləri isə 61% azalaraq 328,382 mln ABŞ dolları olub.

Hesabat dövründə şirkətin cəmi uzunmüddətli öhdəlikləri 1,4% artaraq 9,119 mlrd ABŞ dolları, cari öhdəlikləri isə 30,8% azalaraq 327,070 mln ABŞ dolları, cəmi kapitalı isə 6% azalaraq 3,209 mlrd ABŞ dolları təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 78,5% artaraq 452,610 mln ABŞ dolları, ümumi mənfəəti isə 70% artaraq 205,335 mln ABŞ dolları olub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Son xəbərlər

Orphus sistemi