Bakı. 13 oktyabr. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycanın iştirak payının qalan hissəsinin maliyyələşdirilməsi üçün 2020-ci ilədək 3,1 mlrd. dollar kredit cəlb olunması nəzərdə tutulur".
"Report" xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev bildirib.
Onun sözlərinə görə, hazırda QSC kredit cəlb olunması üçün beynəlxalq maliyyə institutları, kommersiya bankları ilə danışıqları davam etdirir: "Şahdəniz" üçün 524 mln. dollar vəsait cəlb olunması ilə bağlı Asiya İnkişaf Bankı (ADB), "Şahdəniz" və TANAP üçün 1,5 mlrd. dollara qədər vəsait üçün Almaniyanın "Hermes" agentliyi ilə danışıqlar aparılır. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 mln. dollar, Avropa İnvestisiya Bankından 500 mln. dollar, MİGA agentliyinin zəmanəti ilə 4 bankdan 750 mln. dollar cəlb olunması üçün danışıqlar davam etdirilir".