“Cənub Qaz Dəhlizi”nin öhdəlikləri bu ilin I yarısında 28 % azalıb

“Cənub Qaz Dəhlizi”nin öhdəlikləri bu ilin I yarısında 28 % azalıb “Cənub Qaz Dəhlizi” QSC (SGC) bu ilin I yarısını 39 139,846 min manat zərərlə başa vurub.
Energetika
1 Sentyabr , 2021 15:36
“Cənub Qaz Dəhlizi”nin öhdəlikləri bu ilin I yarısında 28 % azalıb

“Cənub Qaz Dəhlizi” QSC (SGC) bu ilin I yarısını 39 milyon 139,846 min manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu ilin yanvar-iyun aylarında “Cənub Qaz Dəhlizi”nin ümumi və inzibati xərcləri 8 milyon 193,31 min manat, sair əməliyyat xərcləri 2 milyon 118,457 min manat, məzənnə fərqi üzrə zərər 12 milyon 020,822 min manat təşkil edib.

SGC-nin maliyyə gəlirləri 88 milyon 697,137 min manat, maliyyə xərcləri 105 milyon 504,394 min manat təşkil edib.

Bu il iyulun 1-nə “Cənub Qaz Dəhlizi”nin aktivləri 8 milyard 980,984 milyon manat olub ki, bu da, ilin əvvəli ilə müqayisədə 29,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 27,9 % azalaraq 6 milyard 811,957 milyon manata, balans kapitalı isə 32,8 % azalaraq 2 milyard 169,026 milyon manata düşüb.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

İngilis versiyası SGC liabilities fall by 28%

Son xəbərlər

Orphus sistemi