Avropa Parlament Komitəsinin rəhbəri: Cənub Qaz Dəhlizi böyük potensiala malikdir

Avropa Parlament Komitəsinin rəhbəri: Cənub Qaz Dəhlizi böyük potensiala malikdir Ukraynadakı hadisələr enerji təhlükəsizliyi məsələsini yenidən Aİ xarici siyasətinin əsas gündəliyinə çıxarıb
Energetika
15 Dekabr , 2014 16:27
Avropa Parlament Komitəsinin rəhbəri: Cənub Qaz Dəhlizi böyük potensiala malikdir

Bakı. 15 dekabr. REPORT.AZ/ "Ukraynadakı hadisələr enerji təhlükəsizliyi məsələsini yenidən Avropa İttifaqının (Aİ) xarici siyasətinin əsas gündəliyinə çıxarıb. Rusiyanın hərəkətləri enerji mənbələrinin difersifikasiyasının zəruri olmasına gətirib çıxarıb. Bununla əlaqədar olaraq Cənub Qaz Dəhlizi böyük potensiala malikdir". "Report" xəbər verir ki, bu barədə Avropa Parlament Komitəsinin rəhbəri Elmar Brokun məqaləsində deyilir.

Deputat məqaləsində Avropa Komissiyasının Avropa enerji təhlükəsizliyinin daxili enerji bazarının inteqrasiyası yolu ilə təmin olunması fikrini dəstəkləyib. O qeyd edib ki, tam şəkildə inteqrasiya olunmuş qaz bazarı avropalılara ildə 30 mlrd. avroya qədər qənaət etməyə imkan verəcək. 

E.Brok həmçinin vurğulayıb ki, Rusiya Avropaya qaz və neft ixracından asılıdır: "Uzun sürən qeyri-müəyyənlik dövrü "Qazprom" və Rusiya üçün ciddi nəticələrə gətirib çıxara bilər. Buna baxmayaraq, Rusiya ilə münasibətlərdəki gərginlik Aİ-ni özünün enerji təhlükəsizliyi mexanizmlərini yüksəltməyə və Rusiya qazına alternativ axtarmağa məcbur edir".

O bildirib ki, alternativ Əlcəzair, Qətər və Nigeriyadan mayeləşdirilmiş təbii qazın idxalının, Norveçdən qaz idxalının artırılması, ABŞ-dan şist qazının ixrac imkanlarının tədqiq edilməsi ola bilər. 

"Cənub Qaz Dəhlizi böyük potensiala malikdir. Azərbaycan artıq 10 mlrd. kubmetr qaz verə bilər. Transxəzər qaz kəməri üzrə danışıqlar uğurlu keçərsə, Türkmənistandan qaz ixrac etmək olar", - E.Brok qeyd edib. 

Son xəbərlər

Orphus sistemi