​Cəlilabadın daha bir kəndinə ilk dəfə qaz verilib

​Cəlilabadın daha bir kəndinə ilk dəfə qaz verilib 1 148 abonent qazla təmin olunub
Energetika
4 Avqust , 2016 16:36
​Cəlilabadın daha bir kəndinə ilk dəfə qaz verilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1 148 abonenti olan Privolnoye kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56673 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb

Son xəbərlər

Orphus sistemi