Cəlilabadda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Cəlilabadda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Cəlilabad şəhərinin Cavadxan küçəsində "Açıq mikrofon” aksiyası keçirib.
Energetika
26 Oktyabr , 2021 16:10
Cəlilabadda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Cəlilabad şəhərinin Cavadxan küçəsində "Açıq mikrofon” aksiyası keçirib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu sayca 23-cü “Səyyar qəbul otağı" olub.

Adı çəkilən küçədə yaşayan sakinlərin sosial şəbəkə vasitəsi ilə İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə ünvanladıqları çoxsaylı müraciətlər aksiyanın bu ünvanda keçirilməsini vacib edib. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək, öz problem və təkliflərini səsləndiriblər. Sakinlər son günlər hava şəraitinin kəskin şəkildə dəyişdiyini, qış mövsümünün yaxınlaşdığını bildirərək “mavi yanacağ”ın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. "Səyyar qəbul otağı"nın imkanlarından ətraf kəndlərdə yaşayan vətəndaşlar da istifadə ediblər. Onlar da aksiya təşkil olunan ünvana üz tutaraq mövcud problemlərini bildiriblər. Ünvanlanan hər bir müraciət qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi