Cəlilabad və Quba rayonlarının daha iki kəndinə qaz verilib

Cəlilabad və Quba rayonlarının daha iki kəndinə qaz verilib Daha 405 abonent qazla təmin olunub
Energetika
10 Mart , 2016 17:03
Cəlilabad və Quba rayonlarının daha iki kəndinə qaz verilib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Cəlilabad və Quba rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayonunda keçirilən tədbirdə bildirilib ki, 367 abonenti olan Həziabad kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 548 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bu gün həmçinin Quba rayonunun 38 abonentlik Dəhnə kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 3 844 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə edilərək daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.



Son xəbərlər

Orphus sistemi