Azərbaycanda daha bir kəndə təbii qaz verilib

Azərbaycanda daha bir kəndə təbii qaz verilib SOCAR prezidenti: "Respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək"
Energetika
12 Mart , 2016 13:32
Azərbaycanda daha bir kəndə təbii qaz verilib

Bakı. 12 mart. REPORT.AZ/ Cəlilabad rayonunun Komanlı kəndinə təbii qaz verilib. SOCAR prezidenti Rövnəq Abdullayev kəndə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.

"Report"un SOCAR-a istinadən verdiyi məlumata görə, 442 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2380 metr uzunluğunda müxtəlif diametrli polietilen və 31379 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 442 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi