CAREC ölkələri arasında enerji sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb

CAREC ölkələri arasında enerji sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb Daşkənddə sentyabrın 20-21-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzv ölkələri enerji nazirlərinin birinci görüşü və “Mərkəzi Asiya Enerji Sərmayə Forumu 2019” adlı tədbir keçirilir.
Energetika
20 Sentyabr , 2019 12:56
CAREC ölkələri arasında enerji sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb

Daşkənddə sentyabrın 20-21-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzv ölkələri enerji nazirlərinin birinci görüşü və “Mərkəzi Asiya Enerji Sərmayə Forumu 2019” adlı tədbir keçirilir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, nazirlərin görüşündə CAREC üzv ölkələrinin müştərək enerji strategiyası hazırlayaraq qarşıya qoyulan hədəflərə çatmaqda əməkdaşlıq etmək öhdəliklərini təsbit edən enerji əməkdaşlığı bəyannaməsi imzalanıb.

Ümumiyyətlə, CAREC və 11 ölkədən tərəfdaşların himayəçiliyi ilə Özbəkistan hökumətilə Asiya İnkişaf Bankı (ADB) tərəfindən təşkil olunan görüşdə Özbəkistanın energetika naziri Əlişir Sultanov və ADB Mərkəzi və Qərbi Asiya Enerji Departamentinin direktoru Aşok Bharqava çıxış ediblər.

Xatırladaq ki, 2001-ci ildə ADB-nin təşəbbüsü ilə həyata keçirilməyə başlanan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında bu gün 11 ölkə - Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan iştirak edir. ADB-nin katiblik vəzifəsini yerinə yetirdiyi CAREC proqramı Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BM İnkişaf Proqramı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Son xəbərlər

Orphus sistemi