​"Bulla-dəniz" yatağında 6 saylı özüldə ilk geoloji-kəşfiyyat quyusunun qazma işlərinə başlanıb

​"Bulla-dəniz" yatağında 6 saylı özüldə ilk geoloji-kəşfiyyat quyusunun qazma işlərinə başlanıb Geoloji-kəşfiyyat quyusunda aparılacaq işlərlə əlaqədar İşçi Qrupunun iclası keçirilib
Energetika
26 May , 2016 16:06
​Bulla-dəniz yatağında 6 saylı özüldə ilk geoloji-kəşfiyyat quyusunun qazma işlərinə başlanıb

Bakı. 26 may. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağında yeni quraşdırılmış 6 saylı stasionar dəniz özülündən qazılan 78 nömrəli geoloji-kəşfiyyat quyusunda aparılacaq işlərlə əlaqədar İşçi Qrupunun iclası keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov 78 nömrəli geoloji-kəşfiyyat quyusunun “Bulla-dəniz” yatağının öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib, qazma prosesinin səmərəli aparılmasının vacibliyini qeyd edib. Özüldə qazma işlərini həyata keçirən "SOCAR-AQŞ" MMC-nin mütəxəssisləri layihə dərinliyi 5 900 metr olan və Qirməki Lay Dəstəsinə qazılacaq 78 nömrəli quyunun geoloji-texniki göstəriciləri haqqında məlumat veriblər.

İclasda qazma prosesi zamanı horizontlarda qarşıya çıxa biləcək mürəkkəbləşmənin aradan qaldırılması üçün görüləcək qabaqlayıcı tədbirlər barədə fikir mübadiləsi aparılıb, istifadə olunacaq qazma qurğusunun imkanları haqqında danışılıb, ehtimal olunan risklər müzakirə olunub. Qeyd edilib ki, geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən “Bulla-dəniz” yatağında quraşdırılmış 6 saylı özüldə qazma qurğusu müasir standartlara cavab verən quyuya nəzarət avadanlığı ilə təchiz olunub. 

Birliyin baş direktoru iclasa yekun vuraraq qazma prosesinin texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılacağına inandığını bildirib.

Son xəbərlər

Orphus sistemi