Bugünə qədər AÇG-dən 520,1 mln ton xam neft çıxarılıb

Bugünə qədər AÇG-dən 520,1 mln ton xam neft çıxarılıb “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən noyabrın 1-dək ümumilikdə 549,7 mln ton neft (kondensatla birlikdə) hasil edilib
Energetika
135
19 Noyabr , 2020 13:53
Bugünə qədər AÇG-dən 520,1 mln ton xam neft çıxarılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən noyabrın 1-dək ümumilikdə 549,7 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, AÇG-dən 520,1 mln ton xam neft, “Şahdəniz”dən isə 29,6 mln ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin noyabrın 1-dək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Son xəbərlər

Orphus sistemi