Yuxarı

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əh

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 47 596 yeni abonent qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bunun da 24 670-i Bakı, Abşeron və Sumqayıt, 22 926-sı isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 231 222-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi