​Bu ilin yanvar-iyul aylarında 216 çoxmərtəbəli binaya qaz verilib

​Bu ilin yanvar-iyul aylarında 216 çoxmərtəbəli binaya qaz verilib Həmin binalarda ümumilikdə 7 401 ailə yaşayır
Energetika
3 Avqust , 2016 13:26
​Bu ilin yanvar-iyul aylarında 216 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 216 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 7 401 ailə yaşayır. 

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - deyə qurumdan qeyd olunub.