Bu ilin ilk 9 ayında Səngəçal terminalından 211 mln. barel neft və kondensat ixrac olunub

Bu ilin ilk 9 ayında Səngəçal terminalından 211 mln. barel neft və kondensat ixrac olunub Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla, təqribən 211 mln. barel neft və kondensat ixrac edilib.
Energetika
20 Noyabr , 2017 14:20
Bu ilin ilk 9 ayında Səngəçal terminalından 211 mln. barel neft və kondensat ixrac olunub

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla, təqribən 211 mln. barel neft və kondensat ixrac edilib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu həcmdən 189 mln. bareldən artıq hissə Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 20 mln. barel Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə və təqribən 1,8 mln. barel ayrıca kəmər vasitəsilə ixrac edilib.

Hesabat dövründə Səngəçal terminalından neft və kondensat ixracının həcmi ötən ilin müvafiq dövründən 3,65% azdır.

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 mln. kubmetr (949 mln. kubfutdan artıq) “Şahdəniz” qazı ixrac olunub. Bu isə ötən ilin müvafiq dövründən 7,22% azdır.

Qeyd edək ki, Səngəçal terminalına neft və qaz “AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi