Bu il “Zığ-Hövsan” yatağında neft hasilatı azalacaq

Bu il “Zığ-Hövsan” yatağında neft hasilatı azalacaq 2021-ci ildə “Hövsan-Zığ” yataqlar blokundan 0,47 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
Energetika
175
6 Yanvar , 2021 12:19
Bu il “Zığ-Hövsan” yatağında neft hasilatı azalacaq

2021-ci ildə “Hövsan-Zığ” yataqlar blokundan 0,47 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 0,48 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 2,08 % çoxdur.

2019-cu ildə isə bu göstərici 0,5 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 6 % çoxdur.

Qeyd edək ki, “Hövsan-Zığ” quru yataqların işlənməsi üzrə PSA tipli müqavilə 2006-cı il noyabrın 19-da imzalanıb. Müqavilənin iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR - 25 %) və Rusiyanın Global Invest şirkətidir (75 %).

2008-ci ilin noyabrın 3-də “RusNeft” şirkəti və SOCAR arasında Azərbaycan ərazisindəki “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsünə dair saziş bağlanıb. “Zığ” və “Hövsan” yataqları Abşeron yarımadasının cənub hissəsində yerləşir. “RusNeft” şirkətinə işlənilməyə verilən həmin quru yataqları blokunun ərazisi 65 kvadratkilometrdir. İlkin hesablamalara görə, bu yataqlardakı çıxarıla bilən qalıq neft ehtiyatlarının həcmi 12 milyon tona çatır.

“Hövsan –Zığ” yataqlar blokunun işlənilməsi ilə “Absheron Operating Company” məşğul olur.

”Zığ” yatağında neft hasilatına 1935-ci ildə, “Hövsan” yatağında isə 1948-ci ildə başlanılıb.

Son xəbərlər

Orphus sistemi