Bu il vətəndaşlardan “Azəriqaz”a 5 500-dək müraciət daxil olub

Bu il vətəndaşlardan “Azəriqaz”a 5 500-dək müraciət daxil olub Bu ilin 5 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5474 müraciət daxil olub
Energetika
9 İyun , 2023 12:38
Bu il vətəndaşlardan “Azəriqaz”a 5 500-dək müraciət daxil olub

Bu ilin 5 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5 474 müraciət daxil olub

“Report”un məlumatına görə, bunu İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu müddətdə 2 548 müraciət "Opentext" proqramı vasitəsilə, 2 926 müraciət isə elektron formada daxil olub.

İ.Kərbalayev bildirib ki, "Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 5 ayı ilə müqayisədə 186 müraciət az təşkil edir: “Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub”.

Son xəbərlər

Orphus sistemi