Bu il “Ümid” yatağından qaz və kondensat hasilatı artırılacaq

Energetika
  • 01 aprel, 2022
  • 08:36
Bu il “Ümid” yatağından qaz və kondensat hasilatı artırılacaq

Bu ilin martın 1-i tarixinə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz və kondensat yatağından 5,4 milyard kubmetr təbii qaz və 856,1 min ton kondensat hasil edilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, yatağın istifadəyə verildiyi 2012-ci ildən 2022-ci ilə qədər “Ümid” yatağından hasilat 15 dəfəyə yaxın artıb. Həmin illər ərzində yataqdan kondensat hasilatı isə 14 dəfəyə yaxın artıb.

Məlumata görə, 2022-ci ildə yataqdan 1 milyard 309 milyon kubmet qazın hasil edilməsi proqnozlaşdırılır. Bu, 2021-ci ilin faktiriki göstəricisi ilə müqayisədə 17,4 % çoxdur. Bu il “Ümid”dən 194 min ton kondensatın hasil edilməsi proqnozlaşdırılır ki, bu da daha əvvəlki ilin faktiki göstəricisindən 11,8 % çoxdur.

Qeyd edək ki, “Ümid” qaz və kondensat yatağı Azərbaycanın müstəqilliyi dövründə SOCAR-ın geoloqları tərəfindən kəşf edilmiş ilk yataqdır. Yataq 2012-ci ildə istifadəyə verilib. “Ümid” yatağının təsdiqlənmiş qaz ehtiyatları 200 milyard kubmetr, təsdiqlənmiş kondensat ehtiyatı isə 40 milyon ton təşkil edib.

44 - Tezliklə