Bu il üçün Azərbaycanın neft ixracından gəlirləri açıqlandı

Bu il üçün Azərbaycanın neft ixracından gəlirləri açıqlandı Bu ilin ilk rübü ərzində Azərbaycanın ümumi ixracında xam neftin payı 64,4 % olub
Energetika
16 Aprel , 2021 15:20
Bu il üçün Azərbaycanın neft ixracından gəlirləri açıqlandı

Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 mlrd 047 mln 439 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən üç ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 mlrd 664 mln 616,2 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 7 %, dəyəri isə 24,3 % azdır.

Bu ilin ilk rübü ərzində Azərbaycanın ümumi ixracında xam neftin payı 64,4 % olub.

Son xəbərlər

Orphus sistemi