Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 2 % artıb

Energetika
  • 25 dekabr, 2023
  • 13:46
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 2 % artıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 209,372 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 3,823 milyon barel və yaxud 1,9 % çoxdur.

Bu ilin noyabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 18,666 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 754 min barel və yaxud 8,6 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti