Bu il TANAP ilə Türkiyəyə 3,2 mlrd kubmetrdən çox qaz nəql olunub

Bu il TANAP ilə Türkiyəyə 3,2 mlrd kubmetrdən çox qaz nəql olunub Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 5,2 mlrd kubmetr təbii qaz ixrac edilib
Energetika
24 Avqust , 2021 10:31
Bu il TANAP ilə Türkiyəyə 3,2 mlrd kubmetrdən çox qaz nəql olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə təqribən 5,2 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi