Bu il STAR neft emalı zavodu aviayanacaq istehsalını azaldıb

Energetika
  • 01 may, 2023
  • 11:28
Bu il STAR neft emalı zavodu aviayanacaq istehsalını azaldıb

Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 100 min 420 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 2 min 114 ton və ya 2,06 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində STAR neft emalı zavodu 145 min 244 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu, 2022-ci ilin iki ayı ilə müqayisədə 2 min 105 ton və ya 1,43 % azdır.

Ümumilikdə, bu ilin fevral ayında Türkiyədə neft emalı zavodları tərədindən 382 min 404 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 76 min 407 ton və ya 25 % çoxdur.

Bu ilin ilk iki ayında isə ümumilikdə Türkiyədə neft emalı zavodları tərədindən 754 min 134 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 82 min 084 ton və ya 12,2 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti