Bu il SOCAR qaz emalını 6 % artırıb
- 20 iyul, 2022
- 14:24
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədəki emal kompleksində 1,2 milyon tona yaxın neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub.
“Report”un məlumata görə, bu barədə SOCAR-ın 2022-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bildirilir ki, qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 % artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.
Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 % artaraq 2,2 milyard kubmetr təşkil edib.
“SOCAR Karbamid” və “SOCAR Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.