Bu il “SOCAR Polymer” ixracdan qazancını 50 %-dək artırıb

Bu il “SOCAR Polymer” ixracdan qazancını 50 %-dək artırıb Yanvar-fevral aylarında “SOCAR Polymer” MMC 29,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Energetika
31 Mart , 2021 12:00
Bu il “SOCAR Polymer” ixracdan qazancını 50 %-dək artırıb

Bu ilin yanvar-fevral aylarında “SOCAR Polymer” MMC 29,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,9 milyon ABŞ dolları və yaxud 49,5 % çoxdur.

Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində “SOCAR Polymer” MMC xarici ölkələrə 20 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi