Bu il SOCAR neft ixracını 13 %-dən çox artırıb

Energetika
  • 29 aprel, 2023
  • 11:04
Bu il SOCAR neft ixracını 13 %-dən çox artırıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dünya bazarına 4 milyon 623 min 221 ton xam neft ixrac olunub.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin birinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri 538 min 028 ton və ya 13,2 % çoxdur.

Ümumilikdə isə ölkə üzrə 6 milyon 436 min 054 ton neft, 6 milyard 332 milyon 441 min kubmetr qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 % artım qeydə alınıb. Bu müddət ərzində neft ixracı isə 3,3 % azalıb.

Bu müddət ərzində SOCAR Gürcüstan bazarına isə 581 milyon 435 min kubmetr təbii qaz ixrac edib. Şirkətin Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 188 milyon 839 min kubmetr və ya 24,5 % azdır.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir